Bina evində yaşayanlara şad xəbər - Su çənlərindən istifadəyə icazə verilib (VİDEO)

21:36 - 31 Mart 2023

Bina evində yaşayanlara şad xəbər - Su çənlərindən istifadəyə icazə verilib  (VİDEO)

Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə verilir.

 

Bəs suya tələbatın dəfələrlə artdığı yayda vəziyyət daha da qəlizləşəcəkmi?

Manset.az  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katıbı Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, yay aylarına su ehtiyatını qorumaq üçün içməli su fasilələrlə verilməyə başlanıb.

Onun sözlərinə görə, suyun fasilələrlə verilişi xüsusilə Bakıətrafı qəsəbələri, kəndləri, yeni massivləri əhatə edir.

Ölkə ərazisində suyun fasilələrlə verilməsi su çənlərinə də tələbat yaradır. "Bəs onda bir neçə il əvvəl binaların damlarındakı çənləri niyə sökdülər" sualına isə "Azərsu" sözçüsü cavab olaraq deyib ki, çəndən istifadə qadağan deyil.

Bildirilib ki, vətəndaşlar istər evin içərisində, sanuzellərdə, yaxud binanın damlarında su çənlərini bərpa edib istifadə edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin