Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı yaranan izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Manset.az Trt haber-ə istinadən xəbər verir ki, Pakistanın Karaçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.
Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Polis paylamanı təşkil edən 7 nəfəri saxlayıb.
Jalə
Manşet.az