Azərbaycanı dünya çempionatında dörd sablyaçı təmsil edəcək

20:34 - 31 Mart 2023

Azərbaycanı dünya çempionatında dörd sablyaçı təmsil edəcək

Aprelin 1-də Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatına start veriləcək.

 

Manset.az xəbər verir ki, yarışda Azərbaycanı dörd qılıncoynadan təmsil edəcək.

İlk gündə sablya üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək. Qızların mübarizəsində Zərifə Hüseynova qüvvəsini sınayacaq.

Oğlanlardan isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatına aprelin 9-da yekun vurulacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin