Bakıda xeyir-şər evi idman salonuna çevrilir? - İddia və cavab

20:17 - 31 Mart 2023

Bakıda xeyir-şər evi idman salonuna çevrilir? - İddia və cavab

Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 73 və 75-ci binanın həyətində yerləşən xeyir-şər evinin zəbt edildiyi iddia edilir.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məhəllə sakinləri iddia edirlər ki, 6 aydır mərasim keçirmək üçün nəzərdə tutulan tikilidən istifadə edə bilmirlər.

Sakinlər deyirlər ki, 1972 -ci ildən mərsim evi kimi istifadə etdikləri xeyir -şər evi qonşu qadın tərəfindən zəbt edilib. İddialara görə, yeni qonşu təmizlik işləri görmək adı ilə xeyir-şər evinin açarını alıb və geri qaytarmır.

Bina sakinləri iddia edirlər ki, xeyir-şər evini idman zalı kimi icarəyə vermək istəyirlər.

Biz də mərasim evini icarəyə verdiyi iddia edilən Asiya Əsgərovanın qapısını döydük.

O, 2014 -cü ildən sözügedən məhəlləyə köçdüyünü dedi və bir ildir xeyir-şər evində təmir apardığını bildirdi. O, işlər tam başa çatmadığından açarı qonşulara vermədiyini söylədi.

Asiya Əsgərova söz verdi ki, xeyir-şər evi tam təmir olunduqdan sonra istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin