Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçdi

20:03 - 31 Mart 2023

Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

 

Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Belə ki, 1 minik və 1 yük avtomobil Laçından Xankəndi, 2 yük avtomobil isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 101-ə çatıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin