<

BMT QAK Azərbaycanda yeni nümayəndə təyin etdi

19:02 - 31 Mart 2023

BMT QAK Azərbaycanda yeni nümayəndə təyin etdi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib.

 

Manset.az  xəbər verir ki, xanım Bik Lum qurumun Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələlər əsas müzakirə mövzusu olub.


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin