Mikayıl Cabbarov Kadırovun oğlu ilə görüşdü

18:50 - 31 Mart 2023

Mikayıl Cabbarov Kadırovun oğlu ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında yazıb.

O bildirib ki, tərəflər Rusiya və onun subyekti - Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.

Kadırov həmçinin əlavə ki, görüşdə sərhədyanı əməkdaşlıq və qarşılıqlı ticarətin həcminin artırılması məsələsi qaldırılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin