Bərdədə qanunsuz şumlama işləri aparıldı

17:49 - 31 Mart 2023

Bərdədə qanunsuz şumlama işləri aparıldı

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığı və nəticədə ağac və kol bitkilərinin məhv edildiyi müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin