Tarixinin ən ağır şərti ilə üzləşən Azərbaycan - VİDEO

17:31 - 31 Mart 2023

Tarixinin ən ağır şərti ilə üzləşən Azərbaycan - VİDEO

Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda türk-müsəlman əhalini qətlə yetirməkdə zəngin “təcrübə”si olan, təpədən-dırnağa qədər silahlanmış erməni dəstələri Qafqaz cəbhəsini tərk edən rus ordusu ilə birləşərək, 1918-ci ilin əvvəllərində İrəvan quberniyası ərazilərinin azərbaycanlı əhalidən təmizlənməsi istiqamətində bir sıra silahlı aksiyalar həyata keçiriblər.

Elə həmin ilin may ayının sonunda İrəvan quberniyası ərazisində Cənubi Qafqazda əvvəllər sahəsi 10 min kvadratkilometrdən çox olmayan “Ararat respublikası” yaradıldıqdan sonra isə soyqırımı siyasəti artıq dövlət səviyyəsində həyata keçirilməyə başlayıb. Bütün bunlar 4 iyun 1918-ci il tarixli “Batum müqaviləsi”nin 6-cı bəndinə əsasən, Ermənistan hökumətinin ölkə ərazisində yaşayan müsəlmanların təhlükəsizliyini və azad inkişafını təmin edəcəyinə, onların ana dilində təhsil almalarına və dini ayinlərini yerinə yetirməyə şərait yaradacağına dair öhdəlik götürməsinə məhəl qoymayaraq həyata keçirilib.

İrəvanın ermənilərə verilməsi isə yeganə çıxış yolu olub. Çünki Parisə yollanan nümayəndə heyətimizin qarşısına şərt qoyublar: əgər İrəvanı Ermənistana paytaxt kimi verməsəniz, Azərbaycan müstəqil dövlət olaraq Paris Sülh Konfransında tanınmayacaq.

Manset.az daha ətraflı Baku TV-nin “Aydın tarix” verilişini təqdim edir:


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin