Birləşmiş Millətlər Təşkilatı zəlzələlərdən sonra Türkiyə üçün başladılan təcili yardım çağırışına dəstək çağırışını təkrarlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke mətbuat konfransındakı çıxışında Türkiyədə 6 fevralda baş verən zəlzələlərdən birbaşa olaraq 9 milyon insanın zərər çəkdiyini, 3 milyon insanın isə didərgin düşdüyünü bildirib.
Laerke, "BMT-nin 16 Fevralda Türkiyədə baş verən zəlzələlər üçün 1 milyard dollarlıq təcili yardım çağırışına 268 milyon dollar yardım edildi. İlk 5 dəstək göndərən ABŞ, Küveyt, Avropa Komissiyası, BMT-nin Mərkəzi Fövqəladə Hallar Fondu (CERF) və Səudiyyə Ərəbistanı olub” - deyib.
"Humanitar fövqəladə vəziyyət dediyimiz mərhələdəyik. Sağ qalanların nəyə ehtiyacı olduğunu və zəlzələdən sağ çıxanlara necə dəstək ola biləcəyimizi müəyyən etmək üçün çalışırıq. Bunun üçün 3 aylıq bir zaman çərçivəmiz var.
Biz bu layihələri həyata keçirəcəyik, lakin bu, gələcəkdə də davam edəcək. Ona görə də Türkiyə üçün başlatdığımız fövqəladə kampaniyaya hələ də dəstək verməyə çağırıram”.
Manşet.az