"Milan"dan "Qalatasaray"a böyük TƏKLİF

16:43 - 31 Mart 2023

"Qalatasaray"-ın məşhur futbolçusu Torreyranın klubdan ayrılacağı iddia edilir.

 

Manset.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliyanın "Milan" klubu futbolçu üçün elçi düşüb. Belə ki, İtaliya nəhəngi Cim-Bom-a 28 milyon avro təklif edəcək. Əgər Qalatasaray bu təklifi qəbul edərsə, tarixi rekorda imza atacaq. Çünki indiyə qədər klubun ən böyük transfer gəliri 16 milyon avro olub. Bu məbləğə Badou Ndiayen “Stok Siti”yə satıb.

 

Qeyd edək ki, Lukas Torreyranın Qalatasarayla müqaviləsi 2026-cı ilə qədərdir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin