ChatGPT bu ölkədə qadağan edildi

16:40 - 31 Mart 2023

ChatGPT bu ölkədə qadağan edildi

Süni intellektə əsaslanan OpenAI startapı tərəfindən hazırlanmış və son aylarda məşhur olan ChatGPT süni intellekt robotu İtaliya hakimiyyəti tərəfindən qadağan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, OpenAI texnologiya şirkəti tərəfindən hazırlanmış süni intellekt robotu ChatGPT, istifadəçi məlumatlarının saxlanması ilə bağlı qanunvericiliyi pozduğu və istifadəçilərin yaşını yoxlamadığı üçün İtaliya hökuməti tərəfindən qadağan edilib.

İtaliya Məlumatların Mühafizəsi Təşkilatından verilən açıqlamada, tətbiqin istifadəçi məlumatlarına hörmət etmədiyi və istifadəçilərin yaşını yoxlaya bilmədiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, “dərhal qüvvəyə minəcək” qərarla OpenAI-nin italyan istifadəçilərinin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qurum, müraciətlə əlaqədar araşdırma prosesinə başladığını da açıqlayıb.

Digər tərəfdən, İtaliya məhkəmə sistemi platformanın fəaliyyətinin əsasını təşkil edən alqoritmləri “öyrətmək” məqsədi ilə şəxsi məlumatların kütləvi şəkildə toplanması və saxlanmasının qanunsuz olduğuna qərar verib.

Həmçinin vurğulanıb ki, istifadəçilərin yaşını yoxlamaq üçün heç bir yol olmadığı üçün proqram “yetkinlik yaşına çatmayanları inkişaf və məlumatlılıq dərəcələri ilə müqayisədə tamamilə uyğun olmayan cavablara məruz qoyub”.

Qanun pozuntusuna yol verildiyi təqdirdə 20 milyon avro məbləğində cərimə tətbiq olunacaq.

Şirkət müvafiq qərarı pozduğuna görə 20 milyon avro və ya illik gəlirinin 4 faizi məbləğində cərimələnəcək.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin