Məşhur aktrisa məhkəmədə qalib gəldi – 1 dollar təzminat alacaq (FOTO)

16:23 - 31 Mart 2023

Məşhur aktrisa məhkəmədə qalib gəldi – 1 dollar təzminat alacaq (FOTO)

Dünyaca məşhur aktrisa Qvinet Peltrou 2016-cı ildə ABŞ-ın Yuta ştatında baş vermiş xizək qəzası işində təqsirli bilinməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təqaüdçü bir oftalmoloq olan 76 yaşlı Terri Sanderson bildirib ki, Peltrou hər ikisi xizək sürərkən onunla toqquşub və "həyatını dəyişən" xəsarətlərə səbəb olub.

Münsiflər heyəti Sandersonun xizək qəzasına görə məsuliyyət daşıdığına qərar verərək Peltrounun tərəfini tutub.

Peltrounun əks iddiasından sonra Sanderson oyunçuya "hüquqi xərclər" üçün 1 dollar ödəməyə qərar verilib.

Peltroudan 300 min dollar təzminat tələb edən Sanderson cümə axşamı münsiflər heyətinin qərarından "kədərləndiyini" söyləyib.

Manşet.az



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin