Bitkilərin susuzluq və ya stress zamanı səslər çıxardığı kəşf edildi

16:13 - 31 Mart 2023

Bitkilərin susuzluq və ya stress zamanı səslər çıxardığı kəşf edildi

Alimlər müəyyən ediblər ki, bitkilər insan qulağının eşidə bilməyəcəyi səslər çıxarır və susuzluq və ya stress zamanı bu səsləri artırırlar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "The Cell" araşdırma jurnalında dərc edilən araşdırmada, botaniklər bitkilərin bilinənlərin əksinə "səssiz canlılar" olmadığını ortaya çıxarıblar.

Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilach Hadany ilk dəfə 6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini qeyd edib. O, qeyd etdiyi səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi olduğundan əmin olmadığını bildirib.

Bitkilərin vibrasiya yaratdığının daha əvvəl bilindiyini, lakin bunun havada yayılan səs dalğalarına çevrildiyinə dair heç bir dəlil olmadığını ifadə edən Hadany, özünün və komandasının səs keçirməyən akustik qutularda işlədiyini əlavə edib.

Tütün və pomidor tingləri qoyduğu qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edə bilən ultrasəs mikrofonları yerləşdirən komanda bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəzilərinə isə heç toxunmayıb.

Komanda daha sonra insan qulağına eşidilməyən 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Komanda onların patlayan qarğıdalı səsinə bənzədiyini bildirib.

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən edib.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin