Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi

16:04 - 31 Mart 2023

Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi

Vatikan Mətbuat sözçüsü Matteo Bruni, keçən çərşənbə günü nəfəs darlığı səbəbiylə Romada xəstəxanaya aparılan Papanın vəziyyəti ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Katolik Kilsəsinin inzibati mərkəzi olan Vatikandan verilən açıqlamada, martın 29-da tənəffüs yolu infeksiya səbəbilə xəstəxanaya yerləşdirilən katoliklərin ruhani lideri Papa Fransiskin bu gün səhər aparılan analizlərdən sonra sabah səhər evə buraxılacağı gözlənilir.

Bruni, Papanın vəziyyətinin yaxşılaşdığını və axşam yeməyində xəstəxanada ona kömək edən həkimlər, tibb bacıları, köməkçiləri və jandarma işçiləri ilə pizza yediyini bildirib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin