Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

16:01 - 31 Mart 2023

Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

“Aprelin 2-də saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”.

 

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, buna səbəb ərazidə aparılacaq təmir işləridir:

“Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdiriləcək. İki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən)  - “Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək”, - rəsmi məlumatda bildirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin