İlon Mask bu dəfə iş həyatı ilə deyil, hər gün yediyi qida ilə diqqət çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, XPRIZE qeyri-kommersiya təşkilatının baş direktoru Peter Diamandisin “şəkər zəhərdir” – deyə paylaşdığı tvitə İlon Mask cavab verib.
Mask, Diamandisin tvitinə cavab olaraq "Hər səhər "donut" yeyirəm. Hələ də sağam" - deyib. Diamandis isə Maskın şərhi ilə bağlı başqa bir tvit ataraq, "Yaxşı İlon, icazə ver daha aydın deyim. Şəkər çox yavaş bir zəhərdir" - ifadəsini işlədib.
Yeri gəlmişkən, 2020-ci ildə milyarder iş adamı Mask “Mən dadlı yeməklər yeməyə və daha qısa ömür sürməyə üstünlük verirəm” - demişdi.
Manşet.az
Sugar is poison. — Peter H. Diamandis, MD (@PeterDiamandis) March 28, 2023