"Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar" - Baş prokuror
15 Noyabr 2024
15:18 - 2 Sentyabr 2021
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın alıb.
Manset.az-ın Demokrat.az-a istinadla məlumatına görə, sözügedən bina İstanbulun Yeşilköy bölgəsində yerləşir.
İsrafil Abutalıbov həmin binanı təmir etdirərək özünə ofis yeri seçib.
Hacıbala Abutalıbovun oğlunun Seda Sayanın sənətinin vurğunu olduğu deyilir.
Bundan əlavə, İsrafil Abutalıbovun xanımının çadralı geyimdə oğlunu İstanbulda məktəbə gətirib-aparması məktəb direktorunun etirazına səbəb olub. Əvəzində isə İsrafil Abutalıbov azyaşlı oğlununun təhsil aldığı həmin məktəbi tam təmir etdirib.
Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi "Abu Bəkir" adı ilə biznes fəaliyyətilə məşğul olur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin