Beynəlxalq Valyuta Fondu (BVF) adambaşına düşən gəlirə görə dünyanın ən zəngin 25 ölkəsinin adını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BVF-nin açıqladığı siyahıda ölkələrin sərvətləri müəyyən edilərkən və siyahıya alınarkən ümumi daxili məhsul məlumatları nəzərə alınır. Ümumi daxili məhsulun müəyyən edilməsində ölkənin ixrac gəlirləri, iqtisadi gəlirləri, istehlak dərəcəsi və bir il ərzində istehsal olunan mal və xidmətlərin dəyəri rol oynayır. Adambaşına düşən gəlir bu dəyərləri ölkə əhalisinə bölməklə əldə edilir.
Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı siyahıya görə, 2023-cü ildə adambaşına düşən ÜDM orta hesabla 13 min 920 dollar olub. Bu rəqəm 2022-ci ildə 13 min 400 dollar, 2020-ci ildə isə 11 min 160 dollar olub. Adambaşına düşən ÜDM-ə görə 25 ən zəngin ölkə siyahısına 634 min əhalisi olan Lüksemburq 128 min 820 dollarla başçılıq edir.
Üç ildir ictimai nəqliyyatın pulsuz olduğu Lüksemburqu 106 min 998 dollarla İrlandiya, 94 min 385 dollarla İsveçrə və 89 min 400 dollarla Qətər izləyir.
Dünyanın ən zəngin 25 ölkəsinin siyahısını təqdim edirik:
1-Lüksemburq- 127,673 dollar
2- İrlandiya - 102 217 dollar
3- Norveç - 92,646 dollar
4- İsveçrə - 92.434 dollar
5- Qətər - 82 887 dollar
6- Sinqapur- 79,426 dollar
7- ABŞ - 75,180 dollar
8- İslandiya - 73 981 dollar
9- Avstraliya - 66,408 dollar
10- Danimarka- 65,713 dollar
11 - Kanada - 56 794 dollar
12- İsveç - 56.361 dollar
13- Hollandiya - 56.298 dollar
14- İsrail - 55.359 dollar
15- Avstriya- 52.062 dollar
16- Finlandiya - 50.818 dollar
17- Belçika - 50.598 dollar
18- Honq-Konq- 49.700 dollar
19- Almaniya - 48.398 dollar
20- Birləşmiş Ərəb Əmirlikləri- 47 793 dollar
21- San Marino- 47,700 dollar
22- Böyük Britaniya - 47,318 dollar
23- Yeni Zelandiya - 47,278 dollar
24-Bruney - 42,939 dollar
25- Fransa - 42.330 dollar
Manşet.az