<

Bu ölkədən idxal olunan kartofda zərərverici aşkarlandı - FOTO

14:33 - 31 Mart 2023

Bu ölkədən idxal olunan kartofda zərərverici aşkarlandı - FOTO

Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

 

Manset.az xəbər verir ki, müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin