Rusiya ordusu 6 rayona hücum etdi – Ukrayna

13:43 - 31 Mart 2023

Rusiya ordusu 6 rayona hücum etdi – Ukrayna

Ukrayna Baş Qərargahı Rusiya ordusunun gecə saatlarında 11 raket, 4 hava hücumu həyata keçirdiyi və çoxlüləli raket sistemlərindən 43 dəfə atəş açdığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş Qərargahdan verilən açıqlamada, Rusiya qüvvələrinin Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporojya və Xerson vilayətlərinin yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi bildirilib.

Açıqlamada, Rusiya ordusunun hava hücumlarında istifadə etdiyi 10 pilotsuz uçuş aparatından (PUA) 9-nun vurulduğu qeyd edilib.

Münaqişələrin episentri hələ də Biloqorivka, Bəhmut, Avdiyivka və Marinkadır.

Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov sosial media hesabından verdiyi açıqlamada gecə saatlarında S-300 hava hücumundan müdafiə sistemi ilə Xarkova 9 raket atıldığını, hücumlarda mülki infrastruktura və evlərə ziyan vurulduğunu, 3 nəfərin isə yüngül yaralandığını bildirib.

Zaporijla Region Qubernatorluğu Mətbuat Mərkəzindən edilən şərhdə, Rusiyanın bölgəyə hücumlarında mülki vətəndaşların zərər gördüyü iddia edilərək, “Düşmən bölgənin mərkəzi və ətrafına çoxlu lüləli raket sistemləri ilə dəfələrlə hücumlar həyata keçirib" - deyilib.

Açıqlamada, mülki infrastrukturun hücumlardan zərər çəkdiyi, ölən və yaralananların olmadığı bildirilib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin