Arı sürüsü insanlara hücum etdi – Ölü və yaralılar var

12:38 - 31 Mart 2023

Arı sürüsü insanlara hücum etdi – Ölü və yaralılar var

Meksikada arılar insanlara hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meksikanın Tabasko ştatının Teapa şəhərində arı sürüsü insanlara hücum edib. İbtidai məktəbin də daxil olduğu bölgədə baş verən hadisədən sonra fövqəladə vəziyyət elan edilib.

Məktəbdə olan şagird və müəllimlər polis və mülki müdafiə qrupları tərəfindən təxliyə edilib. Arı sürüsünün bölgədən çıxarılması və yaralıların xəstəxanaya göndərilməsi üçün bölgədə genişmiqyaslı işlərə başlanılıb. Komandalar arıları ərazidən uzaqlaşdırmaq üçün pestisidlərdən istifadə ediblər.

Üç qoca birdən çox arı sancması şikayəti ilə xəstəxanaya müraciət edib. Xəsarət alanlar arasında bir qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin