ABŞ İrana təzminat ödəyəcək

11:41 - 31 Mart 2023

ABŞ İrana təzminat ödəyəcək

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İran və ABŞ arasında iş üzrə qərarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarsa da, Tehran administrasiyasının İran Mərkəzi Bankının dondurulmuş aktivlərinin təxminən 2 milyard dollarını azad etmək tələbini rədd edib.

Məhkəmə, ABŞ-ın İran administrasiyasına qarşı tətbiq etdiyi sanksiyaların iki ölkə arasında 1955-ci ildə imzalanmış "Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Qanunu" müqaviləsini pozduğuna qərar verib. Məhkəmə, tərəflərin razılığa gəlmədiyi təqdirdə İrana təzminat ödənilməsinə qərar verib. Tərəflərin 24 ay ərzində təzminat məbləği ilə bağlı razılığa gəlmədiyi təqdirdə məsələyə yenidən baxacağını açıqlayıb.

Məhkəmə Tehran administrasiyasının İran Mərkəzi Bankının 2 milyard dollara yaxın dondurulmuş aktivlərinin sərbəst buraxılması tələbini rədd edib. ABŞ rəhbərliyinin etirazını qəbul edən Məhkəmə, iki ölkə arasında imzalanan "Dostluq, İqtisadi Əlaqələr və Konsul Hüququ" müqaviləsinin Mərkəzi Banklardakı varlıqları əhatə etmədiyinə qərar verib.

ABŞ 1983-cü il oktyabrın 23-də Livandakı ABŞ hərbi bazasına edilən bombalı hücuma görə İranın məsuliyyət daşıdığını iddia edib. Bunun ardınca ABŞ İran Mərkəzi Bankına məxsus 2 milyard dollara yaxın aktivini hücumda həyatını itirən 241 ABŞ dəniz piyadasının yaxınlarına təzminat olaraq ödəniləcəyi səbəbilə dondurmuşdu.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin