Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı "Rəsmi Gazete"də dərc olunub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Muharrem İncə, "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və "ATA İttifaqı"nın namizədi Sinan Oğanın adları bülletendə yer alacaq.
Həmçinin qərarda namizədlərin doğum tarixləri və məzun olduqları ali məktəblərin məlumatları da yer alıb.
Qeyd edək ki, Türkiyədə Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.