ABŞ Müdafiə Nazirliyinin sözçüsü Suriyada iki obyektə hücum edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder ABŞ-ın Suriyanın Həsəkə əyalətində ABŞ əsgərlərinin yerləşdiyi bazaya hücumuna cavab olaraq Deyr əz-Zorda İran İnqilab Keşikçiləri Qvardiyasına aid obyektlərə təşkil etdiyi hava hücumunda 8 nəfərin öldüyünü açıqlayıb.
Sözçü, martın 24-də İranın dəstəklədiyi qüvvələrin ABŞ əsgərlərinin yerləşdiyi Deyr-əz-Zordakı bazaya da raket hücumu təşkil etdiyini xatırladıb.
Manşet.az