İsrailə gedən təyyarə Bakıya enməli oldu

23:17 - 30 Mart 2023

İsrailə gedən təyyarə Bakıya enməli oldu

EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin