İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə başlanılır

22:25 - 30 Mart 2023

İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə başlanılır

Energetika naziri Pərviz Şahbazov türkiyəli həmkarı Fatih Dönməzlə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat yayıb.

Budapeştdə keçirilən görüş zamanı enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub.

O qeyd edib ki, tezliklə İğdır-Naxçıvan qaz kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.

İğdır-Naxçıvan qaz kəməri ilə Naxçıvan Muxtar Respublikasına qaz nəql ediləcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin