Energetika naziri Pərviz Şahbazov türkiyəli həmkarı Fatih Dönməzlə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat yayıb.
Budapeştdə keçirilən görüş zamanı enerji əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunub.
O qeyd edib ki, tezliklə İğdır-Naxçıvan qaz kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.
İğdır-Naxçıvan qaz kəməri ilə Naxçıvan Muxtar Respublikasına qaz nəql ediləcək.