Tullantı sularından istifadənin həcmi artırılır - Fransada su qıtlığı

21:13 - 30 Mart 2023

Tullantı sularından istifadənin həcmi artırılır - Fransada su qıtlığı

Fransa prezidenti Makron Yuxarı Alp əyalətinin Savines-le-Lak kəndinə səfəri zamanı ölkədə su ehtiyatlarından daha səmərəli istifadə üçün 53 addımdan ibarət “su planı”nı təqdim edib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Makron 2030-cu ilə qədər təmizlənmiş çirkab suların təkrar istifadə nisbətini 10 faizə çatdırmaq istədiyini bildirib.

Ölkədə bərpa olunan su ehtiyatlarının ciddi şəkildə azalmasına diqqət çəkən Makron, yeraltı su ehtiyatlarının 80 faizinin “aşağı və ya çox aşağı” olduğunu qeyd edib.

2030-cu il üçün bütün sektorlarda 10 faiz su qənaəti hədəfini dilə gətirən Makron, "Biz bu hədəfi qarşımıza qoymalıyıq, çünki iqlim dəyişikliyi bizi 2050-ci ilə qədər ölkəmizdə mövcud olan suyun yüzdə 30-40-dan məhrum edəcək", deyə əlavə edib.
Hər bir sektordan "suya qənaət planı" yaratmaq tələb olunacaq

Gələn ilin yayında bəzi şəhərlərdə ciddi su qıtlığı yarana bilıcəyindən narahatlığını ifadə edən Makron, hər sektordan yaya qədər “suya qənaət planı” yaratmağı tələb edəcəklərini bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin