Senat COVID-19 pandemiyası ilə bağlı qanun qəbul etdi

20:59 - 30 Mart 2023

Senat COVID-19 pandemiyası ilə bağlı qanun qəbul etdi

ABŞ Senatı COVID-19 pandemiyasıı ilə bağlı milli fövqəladə vəziyyətə son qoymaq üçün qanun layihəsini qəbul edib.

 

Manset.az Sabah-a istinadən xəbər verir ki, ABŞ Senatında 2020-ci ildə elan edilmiş COVID-9 epidemiyası ilə bağlı milli fövqəladə vəziyyətə son qoymaq üçün respublikaçı qanunvericilərin təklif etdiyi qanun layihəsi səsə qoyulub.

Qanun layihəsi 68 “hə”, 23 “xeyr” səsi ilə qəbul edilib.

Senat çoxluğunun lideri Çarlz Şumer ABŞ prezidenti Co Baydenin qanun layihəsinə veto qoymayacağını bildirib.

Qeyd edək ki, Ağ Ev Administrasiyası COVID-19 ilə bağlı fövqəladə hallarıın mayın 11-də qaldırılacağını açıqlayıb.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin