Sülhməramlıların 50 maşını aksiya ərazisindən keçdi

20:19 - 30 Mart 2023

Sülhməramlıların 50 maşını aksiya ərazisindən keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

 

Manset.az xəbər verir ki, Laçından Xankəndiyə və əks istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 50 avtomobil aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin