Bakıda silah gəzdirən şəxs saxlandı - VİDEO

17:34 - 30 Mart 2023

Bakıda silah gəzdirən şəxs saxlandı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. 

 

Bu barədə Manset.az-a DİN-dən bildirilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin