"Ukrayna taxılının daxili bazarımızda sabitliyi pozmasını qəbul etmirik" - Polşanın Baş Naziri

16:02 - 30 Mart 2023

Avropa Komissiyası Ukrayna taxılını qonşu ölkələr vasitəsilə Afrika və Yaxın Şərqə satmaq qərarına gəldikdən sonra Ukraynadan idxal edilən milyonlarla ton taxıl Polşada böhrana səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fermerlər milyonlarla ton taxılın Avropa İttifaqının prosedurlarındakı fasilələr və gecikmələr səbəbindən Polşada anbarlarda qalmasına üsyan ediblər. Taxılını sata bilmədiklərini və ya ucuz Ukrayna taxılına görə maya dəyərindən aşağı satmaq məcburiyyətində qaldıqlarını bildirən polşalı fermerlər Polşanın Kənd Təsərrüfatı naziri Henryk Kowalczyk ilə görüşüb.

Polşanın baş naziri Mateusz Morawiecki Kowalczyk ilə fermerlər arasında keçirilən görüşdə məsələ ilə bağlı mətbuat konfransı keçirib. Ukrayna taxılının daxili bazarda qeyri-sabitləşməsini qəbul etmədiklərini ifadə edən Morawiecki, “Kənd Təsərrüfatı Naziri Kowalczykdən Polşada yığılan taxılı Şimali Afrika və Yaxın Şərqə mümkün qədər tez göndərmək üçün lazımi tədbirləri görməyə çağırırıq. Ukrayna taxılının Polşaya təsirini məhdudlaşdıracaq hər cür təcrübənin həyata keçirilməsi üçün göstərişlər verdim. Ukrayna taxılının daxili bazarımızda sabitliyi pozmasını qəbul etmirik” – deyib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin