Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının aprelin 27-də açılışı planlaşdırılır. Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin açılışda iştirak edə biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremldən mövzu ilə bağlı açıqlama verilib. Putinin Türkiyə səfərinə hələ qərar verilmədiyi bildirilib:
“Hələlik yekun qərarlar verilməyib. Yalnız onu demək olar ki, təbii ki, Rusiya tərəfi bu və ya digər şəkildə adekvat olaraq təmsil olunacaq və aprelin sonunda keçiriləcək mərasimdə iştirak edəcək”.
Manşet.az