İran Yunanıstanla bağlı iddiaları rədd etdi

13:56 - 30 Mart 2023

İran Yunanıstanla bağlı iddiaları rədd etdi

İran Yunanıstanın paytaxtı Afinada daha çox yəhudi icmalarının iştirak etdiyi restoran və sinaqoqa hücum planı ilə əlaqəsi olduğu iddialarını rədd edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın Afinadakı səfirliyi Twitter hesabında bildirib ki, “İran sionist mənbələrin yaydığı şayiələri və İrana qarşı əsassız ittihamları qətiyyətlə rədd edir”.

İsraildə hökumətə qarşı geniş miqyaslı etirazlara işarə edilən açıqlamada, “Uyduqları ssenarilərlə, ictimaiyyəti içində olduqları daxili böhrandan yayındırmağı hədəfləyirlər” ifadəsi işlədilib.

Manşet.az

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin