İndiyə qədərki ən nəhəng qara dəlik aşkarlandı - FOTO

13:50 - 30 Mart 2023

İndiyə qədərki ən nəhəng qara dəlik aşkarlandı - FOTO

Astronomlar yeni texnikası ilə ultra nəhəng qara dəlik aşkar ediblər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, astronomlar Yerdən 2,7 milyard işıq ili uzaqlıqda yerləşən Abell 1201 adlı qalaktikada bu günə qədər ən böyük qara dəliklərdən birinin olduğunu müəyyənləşdirib.

Aparılan araşdırmalara və ölçmələrə görə, bu qara dəliyin kütləsi Günəşin kütləsindən 32,7 milyard dəfə böyükdür.

Məlumata görə, ilk dəfə 2003-cü ildə Abell 1201-dən şübhələnən ekspertlər apardıqları araşdırmalar nəticəsində şübhələrinin doğru olduğu qənaətinə gəliblər. 

Yuxarıdakı şəkil 2017-ci ildə çəkilib. Mütəxəssislər bildirirlər ki, bu görüntü Abell 1201-in mərkəzində qara dəliyin olması deməkdir.

Ancaq o dövrdə aparılan araşdırmalarda qara dəliyin qara dəlik olub-olmadığı anlaşıla bilməyib və kütlə ölçüləri müəyyən edilməyib. James Nightingale və komandası istifadə etdikləri üsulla illərdir davam edən mübahisələrə son qoyub.

Qravitasiya linzalanması fenomenindən istifadə edən komanda iddiaların doğru olduğunu və qara dəliyin qalaktikanın tam mərkəzində yerləşdiyini təsdiqləyib.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin