<

Günəş fırtınası həyəcanı - NASA dünyaya xəbərdarlıq etdi

12:45 - 30 Mart 2023

Günəş fırtınası həyəcanı - NASA dünyaya xəbərdarlıq etdi

NASA bir həftə ərzində Günəşdə iki qaranlıq ləkə müşahidə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 20 Yer ölçüsündə "tac dəliyi" adlanan bu qara nöqtə planetimiz üçün təhlükəli olmasa da, Yerə müəyyən təsir göstərə bilər. NASA-nın ötən gün təsbit etdiyi tac dəliyi Günəşin maqnit sahəsinin kosmosa səpilməsi nəticəsində əmələ gələn bir quruluşdur.

NASA tərəfindən müşahidə edilən bu qara nöqtənin planetimizə doğru saatda 2,8 milyon kilometr sürətlə hərəkət edən günəş küləyi əmələ gətirəcəyi və sabah Yerə çatacağı gözlənilir. Günəş fırtınasının rabitə vasitələrinə, elektron cihazlara və internetə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin