“Qalatasaray”ın 27 yaşlı ulduzu Lukas Torreyra, gələn mövsüm klubdan ayrıla bilər.
Manset.az BAKU.WS-ə istinadən xər verir ki, uruqvaylı futbolçu performansıyla Avropa klublarının diqqətini çəkib.
Məlumata görə, futbolçunun meneceri "Milan"ın Torreyra ilə maraqlandığını "Qalatasaray"a çatdırıb.
Qeyd edək ki, bir müddər öncə Torreyranın yanvarda klubdan ayrılmaq istədiyi xəbəri yayılmışdı. Uruqvaylı futbolçu mövsümün sonunda Türkiyə karyerasını bitirib yenidən İtaliyada oynaya bilər.