Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

DYP piyadalara çağırış etdi

Bəzi çaylarda sululuq artdı

Bu gün imtahan var

Bu kənddə yol problemi həyatı iflic etdi

Kür çayı məcrasından çıxdı - VİDEO

Bakıda evlərin qiyməti neçə faiz bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Bu gün ARB telekanalının 11 yaşı tamam olur

Bu tarixdən hava pisləşir - XƏBƏRDARLIQ

Bazar günü hava necə olacaq?

Milçəklər niyə təhlükəlidir?

Təbiət ağrıları yüngülləşdirir - Yeni kəşf

Unutqanlığa ciddi yanaşmaq lazımdır
Xəbər xətti
- 11 May 2025
- 12:13 Avtobus aşdı - Ölən və yaralananlar var
- 11:58 Norveçli futbolçu tarixə düşdü - 4 dəqiqəyə het-trik
- 11:28 DYP piyadalara çağırış etdi
- 11:13 Albaniyada parlament seçkiləri keçirilir
- 10:51 “Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
- 10:29 Bakıda köməkçi tikilidə yanğın - Ölən var
- 10:22 "Əl-Nəsr" Ronaldunun müqaviləsini uzatmaqdan imtina etdi
- 10:11 Bəzi çaylarda sululuq artdı
- 09:54 Müharibənin dayandırılması üçün ortaq sənəd HAZIRLANDI
- 09:24 “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
- 09:00 Bu gün imtahan var
- 08:30 "Biz qalib gəldik" - Şahbaz Şərif
- 08:00 Rusiyada limon bahalaşdı
- 03:12 Putindən Ukraynaya maraqlı təklif - “İstanbul…”
- 01:30 Bu kənddə yol problemi həyatı iflic etdi
- 00:30 Kür çayı məcrasından çıxdı - VİDEO
- 00:00 Azərbaycan cüdoçuları 3 medal qazandılar
- 10 May 2025
- 23:52 İstanbulda dəhşətli qəza: 48 yaralı - YENİLƏNİB
- 23:37 Mehriban Əliyeva Ağdamdan görüntülər paylaşdı
- 23:21 Goranboyda iribuynuzlu heyvanlar tələf oldu
- 23:03 Türkiyədən atəşkəs qərarına reaksiya
- 22:43 “Qalatasaray” “Trabzonspor”u məğlub etdi
- 22:32 Yeniyetmə skuterdən yıxıldı - Öldü
- 21:15 ABŞ-də zəlzələ
- 20:54 Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin açılışında - YENİLƏNİB
- 20:41 "Yaşasın Ağdam, yaşasın Azərbaycan!" - Prezidentdən PAYLAŞIM
- 20:11 Azərbaycan bu atəşkəsi alqışlayır
- 19:41 Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanda - FOTO
- 19:24 Şuşadan Xankəndiyə “Kanat yolu” - Prezident açıqladı
- 19:18 Dahinin dühasından doğan müasir Azərbaycan...
- 19:16 "Səbail" Premyer Liqa ilə yolları ayırdı
- 19:11 "Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər" - Ölkə başçısı
- 18:57 "Bu gün bizimlə hesablaşmayan sabah peşman olur" - Mühüm mesaj
- 18:49 10 yaşlı məktəblini maşın vurdu
- 18:39 Ulu Öndərin həyatı və fəaliyyəti xalqımıza həsr olunub
- 17:53 Andiçmə mərasimləri keçirildi - FOTO/VİDEO
- 17:39 Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
- 17:25 Hindistan və Pakistan razılığa gəldilər
- 17:10 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
- 17:06 “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir” - Kamaləddin Qafarov
- 16:35 "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"- Dövlət başçısı
- 16:20 İlham Əliyev Ağdamda klub-icma mərkəzində - FOTO
- 16:05 Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərlə tanış oldu
- 15:56 Kəngərlidə tam orta məktəb istifadəyə verildi - FOTOLAR
- 15:49 "Kəpəz"in İdarə Heyətinə yeni sədr seçildi
- 15:40 Kəngərlidə körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO
- 15:31 Bu hərbçilərə mənzillər təqdim olundu
- 14:58 Bakıda evlərin qiyməti neçə faiz bahalaşdı? - RƏSMİ AÇIQLAMA
- 14:38 İspaniyada fövqəladə vəziyyət
- 14:20 Avtomobil ağaca çırpıldı - 2 qardaş öldü
- 14:10 Pakistanda güclü ZƏLZƏLƏ

