Roma Papası xəstəxanaya yerləşdirildi

12:07 - 30 Mart 2023

Roma Papası xəstəxanaya yerləşdirildi

Papa Fransisk respirator infeksiyaya görə xəstəxanada müşahidə altındadır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk rutin sağlamlıq müayinəsi üçün getdiyi xəstəxanada bir neçə gün müşahidə altında saxlanılacaq. Vatikanın sözçüsü Matteo Bruni verdiyi açıqlamada, Papa Fransiskin son günlər nəfəs almaqda çətinlik çəkdiyini və tənəffüs yolu infeksiyasından müalicə olunmaq üçün bir neçə gün xəstəxanada qalacağını bildirib.

Vatikandan verilən açıqlamada Papanın müalicəsi səbəbiylə önümüzdəki iki gün üçün planlaşdırılan proqramların ləğv edildiyi açıqlanıb.

Papa da sağ dizindəki bağların dartılması və dizinin kiçik sınığı səbəbindən bir ildən artıqdır ki, əlil arabasından istifadə edir.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin