Rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

11:28 - 30 Mart 2023

Rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

 

Manset.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/saniyəyə çatıb:

"Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/saniyədir. Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/saniyəyə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək".


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin