ÜST-dən yeni peyvənd açıqlaması - Yoluxma artır

11:03 - 30 Mart 2023

ÜST-dən yeni peyvənd açıqlaması - Yoluxma artır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus ölümcül marburq virusuna qarşı 4 peyvəndin sınaq protokollarının hazır olduğunu açıqlayıb.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, Qebreisus bunu ÜST-ün baş qərargahında keçirilən həftəlik mətbuat konfransında deyib.

O qeyd edib ki, Ekvatorial Qvineya və Tanzaniyada virusun yayılmasının və ölüm hallarının qarşısını almaq üçün sınaqlara mümkün qədər tez başlayacaqlar.

Tanzaniya ilk marburq virusuna yoluxmanı martın 21-də, Ekvatorial Qvineya isə dəfə fevralın 14-də təsdiqləyib.

Qebreisus, Ekvatorial Qvineyada rəsmi olaraq 9 marburq virusunun qeyd edildiyini və virus səbəbi ilə 7 nəfərin öldüyünü bildirib.
 

Ölkədə üç fərqli əyalətdə görüldüyünə diqqət çəkib:
 

"Bu üç əyalət bir-birindən 150 kilometr məsafədədir ki, bu da virusun nə qədər geniş yayıldığını göstərir".

O, Tanzaniyada 8 marburq virusuna yoluxma müşahidə edildiyini, onlardan 5-nin öldüyünü, 3 xəstənin isə müalicə altına alındığını qeyd edib.
 

Qeyd edək ki, marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Meyvə yarasaları vasitəsilə yoluxan marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır.
 

İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi əlamətlər görülür. Bir çox xəstələrdə isə 7 gün ərzində ağır hemorragik əlamətlər yaranır.
 

Peyvəndi və ya xüsusi müalicəsi olmayan marburq virusunun ölüm nisbəti 90 faizə çata bilər.
 

2005-ci ildə Anqolada baş verən epidemiyada marburq virusuna yoluxan 252 nəfərin 90 faizi ölüb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin