Havanı çirkləndirən şirkət CƏZALANDIRILDI

10:56 - 2 Sentyabr 2021

Havanı çirkləndirən şirkət CƏZALANDIRILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Böyükşor gölünün yaxınlığındakı 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin istifadəsində olan asfalt zavoddan atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmətin rəsmisi Ramal Bağırov Manset.az-a bildirib ki, faktla bağlı akt, protokol tərtib olunub və müəssisənin hüquqi şəxs qismində 10500 manatdan 12500 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sabunçu Rayon Məhkəməsinə göndərilib:

“Atmosferə atılan tullantıların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin