Yaponiyada mərkəzi hökumətin və ətraf 3 əyalətin rəsmilərinin daxil olduğu Fəlakətlərin İdarə Edilməsi Şurası Fuji-sanda vulkan partlayışı baş verəcəyi təqdirdə ətraf ərazilərin təxliyə planını yeniləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fəal Fuji (Fuji-san) vulkanının püskürməsi halında tıxacların qarşısını almaq üçün insanların nəqliyyat vasitələri əvəzinə piyada təxliyyə edilməsinə çağırış ediləcək.
Bu istiqamətdə lavanın ilk 24 saat ərzində çatacağı gözlənilən bölgələrdə yaşayan insanlar tıxacların qarşısını almaq üçün bölgəni piyada tərk edəcəklər.
Mövcud plana əsasən, könüllü evakuasiya üçün partlayış öncəsi çağırış zamanı şəxsi avtomobillərdən istifadə oluna bilər.
Manşet.az