Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi

09:57 - 30 Mart 2023

Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi

Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir.

 

Manset.az Globalinfo.az-a istinadən xəbər v erir ki, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir.

Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə də, artıq bu barədə müvafiq işlərə başlanıldığı deyilir.

Xatırladaq ki, bir qədər əvvəl Gürcüstan mediasının ölkə rəhbərliyindəki mənbəsinə istinadən verdiyi xəbərdə Azərbaycanla sərhədlərin mayın 1-dən açılacağı yazılmışdı.vvvv


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin