Putin bu tarixdə Türkiyəyə səfər edəcək - Ərdoğan açıqladı

09:22 - 30 Mart 2023

Putin bu tarixdə Türkiyəyə səfər edəcək - Ərdoğan açıqladı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin "Akkuyu" AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edə biləcəyini açıqlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə "A haber"ə müsahibəsində bildirib.

"Aprelin 27-də bəlkə cənab Putin də gələcək. İnşallah ilk addımı atacağıq", - deyə Ərdoğan deyib.

Xatırladaq ki, Kreml bazar ertəsi Putinin Türkiyəyə gəlməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin