Rusiyanın Əməkdar artisti Vladimir Smirnov vəfat edib.
Manset.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi 74 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, karyerasına 1977-ci ildə Ryazan Dram Teatrında başlayan aktyor “İsti damdakı pişik”, “Hər müdrik adama axmaqlıq bəsdir”, “Qəribə ailə portreti”, “Mənə ay işığı ver”, “Beluginin evliliyi”, “Yaraşıqlı kişi” kimi tamaşalarda rol alıb.