Ersin Tatara sui-qəsd cəhdi oldu

23:14 - 29 Mart 2023

Ersin Tatara sui-qəsd cəhdi oldu

Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar yunan tələbələrin hücumuna məruz qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Cənubi Kipr və Yunanıstandan olan tələbələr Kral Kollecində keçirilən konfransa gedən Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd edib.

Konfransdan əvvəl bir qrup yunanıstanlı gənc isə kollecin girişində etiraz aksiyası keçiriblər. Polis yunan gənclərin təxribatının qarşısını alıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin