Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.
Manset.az xəbər verir ki, bu barədə onun sözçüsü Matteo Bruni məlumat yayıb.
Papanın yoxlama üçün xəstəxanaya yerləşdirildiyi bildirilir.
86 yaşlı Fransisk bu gün həftəlik ümumi yoxlamada iştirak edib və sağlam görünüb.