Bazarlarda niyə yerli kartof, soğan azdır? - VİDEO

21:15 - 29 Mart 2023

Bazarlarda niyə yerli kartof, soğan azdır? - VİDEO

İstehlak bazarında yerli kartof qəhətə çəkilib. Türkiyə, Rusiya, İran və Pakistandan gətirilən kartof məhsulu isə boldur. Mövcud vəziyyət öz növbəsində qiymətə təsirsiz ötüşmür.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bazarda ən ucuzu Türkiyədən idxal edilmiş kartofdur. Alıcılara 90 qəpiyə təklif edilir.

Bazara çıxarılan yerli kartof əsasən Gədəbəy və Qusardan gətirilir.

Kartofdan fərqli olaraq yerli soğan daha ucuz - 90 qəpiyə, xaricdən idxal edilmiş isə 1 manat 10 qəpiyə satılır.

Satıcılar bir müddətdən sonra bazarlarda daha çox yerli tərəvəzlərin satışa çıxarılacağını bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin